Məhdud Fiziki İmkanlı Şəxslər üçün


Yevlax Regional İnformasiya Mərkəzi

Haqqımızda


Məhdud Fiziki İmkanlı Şəxslər üçün Yevlax Regional İnformasiya Mərkəzi Heydər Əliyev Fondunun "Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi" layihəsi çərçivəsində inşa edilib. 2012-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.

Mərkəzin üçmərtəbəli binasında beş sinif, bir tədris, bir audio-studiya otağı, kitabxana və digər yardımçı otaqlar vardır. Burada model İKT sinifləri, kompüter mərkəzi yaradılıb. Kompüterlər üçün "Virqo" xüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək lokallaşdırılıb. Mərkəzdə "Pronto", "Brayl" printeri və digər zəruri avadanlıqlar quraşdırılıb.

Məqsədimiz


Son illər dünyada bir çox sahələrdə əldə edilən tərəqqiyə baxmayaraq, əlilliyi olan əksər insanlar bərabər imkanlara nail olmaq və cəmiyyətin həyatında tam iştirak etməklə bağlı, həmçinin sosial və iqtisadi hüquqlarının reallaşdırılmasında hələ də maneələrlə üzləşirlər. Belə maneələrə aşağı səviyyəli təhsil və texniki peşə təhsili, keyfiyyətsiz səhiyyə xidmətləri, erkən diaqnostika və erkən profilaktika, yüksək işsizlik səviyyəsi, gəlirin azlığı, sosial təcrid, dözümsüzlük, birbaşa və yaxud dolayı ayrıseçkilik, zorakılıq, pis rəftar və təhqir kimi hallar daxildir.

Azərbaycan MDB ölkələri arasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nı ilk ratifikasiya edən ölkələrdən olub və artıq ilkin dövlət hesabatını təqdim etmişdir. Qeyri-hökumət təşkilatları və Ombudsman alternativ və paralel hesabatlarını təqdim etmişlər. Konvensiyanın tələblərini yerinə yetirmək üçün ölkə prezidentinin sərəncamı ilə Operativ İşçi Qrup yaradılmışdır.

Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılır.

Avadanlıqlar


PAC Mate

PAC Mate gözdən əlillər üçün nəzərdə tutulmuş kompüter avadanlığıdır. Kompüterə Pocket Word, Internet Explorer, Windows Media Player, Jaws For Windows ekran oxuma və başqa proqramlar yüklənib.

Index 4x4 Pro printeri

Index 4x4 Pro printeri vasitəsilə kitablar, jurnallar və digər kiçikölçülü nəşrlər hazırlamaq mümkündür. Cihaz 200 səhifəlik materialı yaddaşda saxlaya bilir.

"Kitab həvəskarı - kompakt" (Sara CE)

"Kitab həvəskarı - kompakt" (Sara CE) LCD ekrana bağlanır və bu cihaz vasitəsilə oxucu tam rahatlıqla istədiyi kitabın məzmunu ilə tanış ola bilər. Kitab cihazın üzərinə yerləşdirilir, cihaz onu incələdikdən sonra səsləndirir.

Focus 40 Brayl ekranı

Gözdən əlillər üçün nəzərdə tutulan digər avadanlıq isə brayl ekran Focus 40-dır. Belə ki, bu cihaz kompüterdəki mətni qabartma yazıya çevirir.

"Videolight" böyüdücü cihazı

"Videolight" böyüdücü cihazın bir çox texnoloji üstünlükləri var: çox qısa zamanda mətni oxuyur; internetdən kitab yükləyib səsləndirir; səhifədə neçə söz olduğunu hesablayır; mətndə dəyişiklik və ya əlavə etmək mümkündür; mətni brayl əlifbasına çevirib printerə göndərə bilir.

Jaws For Windows Ekran Oxuma Proqramı

Jaws For Windows Ekran Oxuma Proqramı gözdən əlillər üçün hazırlanmış xüsusi proqramdır. Bu proqram sayəsində əlillər internetdən sərbəst şəkildə istifadə edə, kitab oxuya bilər.

Brayl kitabları

Regional İnformasiya Mərkəzlərinin kitabxanalarına görmə qabiliyyətini itirmiş şəxslər üçün xüsusi nəşrlər hədiyyə edilib. Kitabxanada Brayl əlifbası ilə nəşr edilən dərsliklərlə yanaşı, jurnallar, Azərbaycan və dünya klassiklərinin əsərləri, müqəddəs "Qurani- Kərim" kitabı da var.

Audio-kitablar

Regional İnformasiya Mərkəzlərində ən son texnologiyalarla zəngin audio-kitabxanalar yaradılıb. Burada Azərbaycan və dünya ədəbiyyatının əvəzolunmaz şair və yazıçılarının əsərlərindən ibarət audio-kitablar var. Kitabxana hər il yenilənir.

Foto


Video


Əlaqə


Ünvan: Yevlax şəhəri, H. Əliyev prospekti 38
Telefon: 022 336 39 18